Home » Pərakəndə ticarət dövriyyəsi 1.9 faiz azalıb

Pərakəndə ticarət dövriyyəsi 1.9 faiz azalıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18245,7 milyon manatlıq, o cümlədən 9729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8516,0 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,8 dəfə cox olmuşdur.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2019-cu ilin yanvar – iyun aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi18 245,798,1
o cümlədən:
ərzaq məhsulları8 762,4103,4
içkilər və tütün məmulatları967,3100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar2 678,980,6
elektrik malları və mebellər1 005,694,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları138,599,5
əczaçılıq məhsulları və tibbi ləvazimatlar319,6134,5
avtomobil benzini və dizel yanacağı988,199,8
digər qeyri-ərzaq malları3 385,399,5

2020-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,0 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Cari ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 23,5 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 26,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz artmış, bazar və yarmarkalarda isə 17,2 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları almışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.