Home » Pərakəndə ticarət dövriyyəsi 3,2 faiz artıb

Pərakəndə ticarət dövriyyəsi 3,2 faiz artıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artmışdır.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2019-cu ilin yanvar ayına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi3 075,6103,2
o cümlədən:
ərzaq məhsulları1 378,2102,9
içkilər və tütün məmulatları186,1101,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar541,7104,0
elektrik malları və mebellər184,3103,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları21,2103,5
əczaçılıq və tibbi mallar40,5103,7
avtomobil yanacağı166,5101,1
digər qeyri-ərzaq məhsulları557,1103,9

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,2 faizi fərdi sahibkarlar tərəfindən, 27,2 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artmış, bazar və yarmarkalarda isə 8,4 faiz azalmışdır.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.