Home » Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 6,8 faiz artaraq 11 milyard manata yaxınlaşıb

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 6,8 faiz artaraq 11 milyard manata yaxınlaşıb

by yunus
0 comments 0 views 2 minutes read

2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 10 milyard 981 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, bu göstərici dövlət büdcəsinin ümumi gəlirlərinin 57,3 faizinə bərabər olub. Qeyri-neft-qaz gəlirlərinin büdcədəki payı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz bəndi artıb.

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar proqnozu 329,1 milyon manat və ya 3,1 faiz üstələyib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu istiqamətdə daxilolmalar 703,8 milyon manat və ya 6,8 faiz artım göstərib.

Qeyri-neft-qaz gəlirlərinin strukturunda əsas pay vergi orqanlarının xətti ilə daxil olan vəsaitlərə məxsus olub. Belə ki, bu mənbədən dövlət büdcəsinə 7 milyard 64,5 milyon manat daxil olub ki, bu da ümumi qeyri-neft-qaz gəlirlərinin 64,3 faizini təşkil edir. Gömrük orqanları vasitəsilə 3 milyard 143,6 milyon manat və ya 28,6 faiz, büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən 350,7 milyon manat və ya 3,2 faiz, digər mənbələrdən 394 milyon manat və ya 3,6 faiz, dövlət əmlakının icarəsindən isə 28,2 milyon manat və ya 0,3 faiz gəlir əldə olunub.

Nazirliyin məlumatına görə, ilin ilk yarısında neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 8 milyard 198,2 milyon manat təşkil edib. Bu göstərici proqnozu 21,2 milyon manat və ya 0,3 faiz üstələyib.

Neft-qaz gəlirlərinin 1 milyard 778,2 milyon manatı və ya 21,7 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 milyard 420 milyon manatı və ya 78,3 faizi isə Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin payına düşüb.

Vergi orqanları vasitəsilə toplanan neft-qaz gəlirlərinin tərkibində ən böyük pay Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilərə məxsus olub. Bu mənbədən büdcəyə 843,5 milyon manat daxil olub. Bununla yanaşı, “Şahdəniz” yatağı üzrə mənfəət vergisi hesabına 730,4 milyon manat, ABƏŞ-in mənfəət vergisi hesabına isə 204,3 milyon manat dövlət büdcəsinə ödənilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.