Home » “PAŞA Kapital” 35 milyon dollar həcmində istiqrazların yerləşdirilməsini həyata keçirəcək

“PAŞA Kapital” 35 milyon dollar həcmində istiqrazların yerləşdirilməsini həyata keçirəcək

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları yerləşdiriləcəkdir.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ dolları, ümumi həcmi 35 000 000 ABŞ dolları, tədavül müddəti 7 il təşkil edir. PAŞA Kapital İnvestisiya Şirkəti vasitəsilə əldə edə biləcəyiniz bu istiqrazlar investorlara illik 7% gəlirlilik təqdim edir. Kupon faizlərinin ödənişi hər 90 təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq həyata keçiriləcəkdir. İstiqrazlar Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdiriləcəkdir. Abunə yazılışının başlanma tarixi isə ən azı 1 iş günü qalmış açıqlanacaqdır. Qeyd edilmiş qiymətli kağızlarla maraqlanan və abunə yazılışında iştirak etmək istəyən investorlar istiqrazların anderrayteri olan PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.

Müraciət üçün əlaqə nömrəsi: 1548

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.