Home » “PAŞA Kapital” ABB səhmləri üzrə marketmeyker olacaq

“PAŞA Kapital” ABB səhmləri üzrə marketmeyker olacaq

by yunus
0 comments 0 views 0 minutes read

“Bakı Fond Birjası” QSC (BFB) ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) adi, adlı və sənədsiz səhmləri üzrə marketmeyker müqaviləsi imzalanıb.

BBN.az xəbər verir ki, bu barədə BFB məlumat yayıb.

Müqaviləyə əsasən, “PAŞA Kapital” ABB səhmləri üzrə təkrar bazarda gündəlik olaraq 15%-dən çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətləri müəyyən edəcək.

İnvestisiya şirkəti, həmçinin Birjanın ticarət sistemində öz adından 50 min manat ekvivalentindən az olmayan həcmdə alış və satış sifarişləri yerləşdirəcək.

Yeni marketmeykerlik müqaviləsinin ABB səhmlərinin təkrar bazarda likvidliyinin və ticarət aktivliyinin artırılmasına xidmət edəcəyi gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.