Home » PAŞA Kapital İnvestisiya Şirkəti 10 ildir sektorun dəyişilməz lideridir

PAŞA Kapital İnvestisiya Şirkəti 10 ildir sektorun dəyişilməz lideridir

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

10 ildən artıq fəaliyyət dövrü ərzində ölkənin kapital bazarlarının inkişafında xüsusi rolu olan və illərdir lider mövqeyini qoruyan “PAŞA Kapital” bu ilin II rübünün nəticələrinə əsasən yenə də kapital bazarlarının birincisidir.

Belə ki, investisiya şirkəti həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.

Bakı Fond Birjası tərəfindən 2024-cü ilin iyul ayı üzrə açıqlanan hesabata əsasən “PAŞA Kapital” 16 milyard 445 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti olaraq mövqeyini daha da gücləndirib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo bazarları üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.

Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 167% və Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 34% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların dövriyyəsi sözügedən dövrü üzrə 556 milyon manat təşkil etmişdir, bu da öz növbəsində 190% artım deməkdir. Onu da qeyd edək ki, şirkətin ümumi dövriyyə həcmi keçən ilin iyul ayı ilə müqayisədə 105% çoxdur.

Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri, eləcə də brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, həmçinin marja ticarəti sahəsində öz xidmətlərini təklif edir. Belə ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcək illər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti, həmçinin xidmət və məhsulları haqqında daha ətraflı məlumatla https://www.pashacapital.az/ rəsmi internet səhifəsindən tanış ola və ya 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.