Home » PAŞA Sığorta “Uşaq evindən sənə məktub var” layihəsini həyata keçirib!

PAŞA Sığorta “Uşaq evindən sənə məktub var” layihəsini həyata keçirib!

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Fəaliyyətində mütəmadi olaraq Korporativ Sosial Məsuliyyət layihələrinə yer verən PAŞA Sığorta şirkətinin əməkdaşları Qurban bayramı ərəfəsində “GİD CSR Consulting” şirkətinin dəstəyi ilə Şəki şəhərində yerləşən 6 saylı Uşaq Evini ziyarət ediblər.

“Uşaq evindən sənə məktub var” layihəsi çərçivəsində uşaqlar tərəfindən məktublar vasitəsilə yazılan arzular PAŞA Sığorta əməkdaşları tərəfindən reallaşdırılıb. Səfər çərçivəsində 70-ə yaxın uşağa hədiyyə təqdim olunub.

PAŞA Sığorta heyəti uşaq evinin sakinləri ilə maraqlı zaman keçirib və sonda birgə xatirə şəkili çəkdirib.

Hazırda qeyri-həyat sığortası üzrə bazar payına görə lider olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstəririr. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700.000-ə yaxın korporativ və fərdi müştərisinə könüllü və icbari sığorta növləri üzrə 36-dan artıq xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.