Peşə Reabilitasiya Mərkəzində ötən il 305 gənc peşə hazırlığı kursu keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ötən il 305 gənc peşə hazırlığı kursu keçib.

Onlardan 227 nəfər gənc müəssisəyə ötən il qəbul edilib, 78-i isə əvvəlki ildən təlimi davam etdirən gənclər olub. 
Hazırlıq kursları kompüter istifadəçisi, tikişçi, xalçaçılıq, rəssamlıq, toxuculuq, aşbaz köməkçisi, ağac üzərində oyma, bərbər, montajçı-operator və s. peşə və tətbiqi sənət növləri üzrə təşkil edilib. Kursları bitirənlərə peşə şəhadətnamələri verilib.

Təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə də təmin olunub, habelə müxtəlif sosial reabilitasiya məqsədli tədbirlərə cəlb ediliblər.

Hazırda Mərkəzdə 100-ə yaxın sağlamlıq imkanları məhdud gənc təlimi davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır