Home » Pirallahı Sənaye Parkında Tailand-Azərbaycan birgə müəssisəsi yaradılacaq

Pirallahı Sənaye Parkında Tailand-Azərbaycan birgə müəssisəsi yaradılacaq

by Aytac
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Pirallahı Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 8,3 milyon manat investisiyanın yatırılması ilə 56 nəfər daimi işlə təmin ediləcək.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident – “Supreme Pharmatech Azerbaijan” MMC qeydiyyata alınıb, bununla da Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.

Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Azerbaijan” MMC tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisəsədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, “Made In Azerbaijan” brendi altında ixracı da planlaşdırılır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.