Home » Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub

Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə ölkə idmanının inkişafında xidmətlərinə görə təltif edilmiş şəxslərə medalların təqdim edilməsi tədbiri olub.

 Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda paralimpiya hərəkatının yaranmasının ümümmilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsinin yarandığını vurğulayıb. İlk dəfə olaraq Komitənin 1996-cı ildə Atlanta X Yay Paralimpiya Oyunlarında iştirak etdiyini deyib. Bildirib ki, Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksi beynəlxalq standartlara uyğun olması ilə MDB məkanında bir ilk olub. 

 Nazir Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı, dəstəyi ilə Azərbaycan idmanının, o cümlədən ölkəmizdə paralimpiya hərəkatının böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb. S.Babayev hazırda yüzlərlə idmançını özündə birləşdirən Paralimpiya Komitəsinin ötən dövrdə əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, paralimpiyaçılarımız tərəfindən indiyədək 38 olimpiya medalı qazanılıb, 7 nəfər Paralimpiya çempionu, onlardan 2-si ikiqat çempiondur.

 Nazir bildirib ki, Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Komitənin əməkdaşlarının təltif edilməsi  Prezident İlham Əliyevin paralimpiyaçılara yüksək diqqət və qayğısının növbəti təzahürüdür.

S.Babayev qarşıdakı Tokio Yay Olimpiya Oyunlarında da bütün idmançılarımız kimi, paralimpiyaçılarımızın da yeni qələbələr əldə edəcəyinə əminliyini bildirib.

 Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin ötən 25 ildə keçdiyi inkişaf yolundan bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda paralimpiya hərəkatının inkişafı, tarixi uğurlar qazanması naminə göstərdiyi yüksək diqqət və qayğını, böyük dəstəyi diqqətə çatdırıb.

Sonra Azərbaycan idmanının inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən təltif edilmiş şəxslərə orden və medallar təqdim edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.