Home » Prezident İlham Əliyev Xankəndidə “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev Xankəndidə “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib

by Zeyneb
0 comments 1 views 2 minutes read

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılış mərasimində iştirak edib.

BBN.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına görülmüş işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin dayanıqlı elektrik enerjisi ilə təmin olunması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kV-luq qapalı tipli yarımstansiya inşa edilib. Xankəndi və ətraf ərazilərin ölkənin enerji sisteminə qoşulması məqsədilə Şuşadan Xankəndiyə qədər, çətin dağlıq və meşəlik ərazilərdən keçən, ümumi uzunluğu 11 kilometr olan yüksəkgərginlikli ötürmə xətti çəkilib ki, bunun da 1,8 kilometri yeraltı kabel xəttidir.

Qeyd olunub ki, “Xankəndi-1” yarımstansiyası işğaldan azad edilmiş ərazilərdə 110 kV gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır və bütün avadanlıqlar, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Yarımstansiyada ən müasir mikroprosessor əsaslı Rəqəmsal İdarəetmə Mərkəzi – Micro-SCADA sistemi qurulub. Bu sistem “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanaraq ilk dəfə məhz Xankəndidə tətbiq edilib və yüksəkgərginlikli xətlərin real vaxt rejimində monitorinqini və idarə olunmasını təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri ilə yanaşı, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı elektrik enerjisi ilə təmin ediləcək.

Dövlət başçısına Qarabağ və Şərqi Zəngəzurda yaradılmış, ümumi uzunluğu 1000 kilometrədək olan dairəvi elektrik təchizatı sistemi barədə də məlumat verilib. Bildirilib ki, “AzərEnerji” ASC tərəfindən rekord müddətdə – cəmi 5 il ərzində 1000 kilometr yüksəkgərginlikli ötürmə xətləri çəkilib, 12 yeni yarımstansiya tikilərək 330 və 110 kV-luq ikipilləli dairəvi enerji təchizatı sistemi formalaşdırılıb. Bu sistem istənilən istiqamətdə qəza baş verdikdə fasiləsiz enerji təminatına imkan yaradır.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurdan başlanılmaqla ölkə üzrə Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemlərinin tətbiqinə start verildiyi diqqətə çatdırılıb. Yeni sistem dronlar, yüksək dəqiqlikli kameralar, teplovizorlar və lazer texnologiyaları vasitəsilə qəza risklərinin əvvəlcədən aşkarlanmasına imkan verir.

Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən həyata keçirilən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verilib. Qeyd olunub ki, 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının şəbəkəyə qoşulması üçün Cəbrayılda 330 kV-luq, Səngəçalda isə 220 kV-luq yarımstansiyalar inşa edilib. Bundan əlavə, Abşeron və Ağdaş yarımstansiyalarının ərazilərində MDB məkanında gücünə görə ən iri Batareya Enerji Saxlanc sistemləri yaradılır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.