Home » Pul baratlarından ən çox asılı olan dövlətlər hansılardır?

Pul baratlarından ən çox asılı olan dövlətlər hansılardır?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Pul baratı digər ölkələrdə çalışan miqrant işçilərin öz ölkələrinə, ailələrinə göndərdikləri pul köçürmələridir. Əksər ölkələrdə bu tip pul axınları ölkənin ÜDM-ində çox kiçik bir paya malik olsalar da, bəzi aşağı gəlirli ölkələrdə pul baratlarının həcmi ölkəyə qoyulan birbaşa investisiyaları belə üstələyir.

Dünya Bankının illik olaraq tərtib etdiyi “Migration and Remittances Annual Data” hesabatına əsasən, 2019-cu ildə ən çox pul baratları axını Hindistana olub. Ümumilikdə, 82.2 milyard dollar məbləğində qərarlaşan bu pul baratları ölkə ÜDM-in 2.8%-ini təşkil edib. Çin Xalq Respublikası 70.3 milyard dollarlıq göstərici ilə ikinci, Meksika isə 38.7 milyard dollar ilə üçüncü yerdə qərarlaşıb. İlk beşlik isə Filippin (35.1 milyard dollar) və Misir (26.4 milyard dollar) ilə tamamlanır.

Statistikadan əsas diqqət cəlb edən məqam, pul baratlarından nisbətən daha çox asılı olan ölkələr olub. Belə ki, 2019-cu ildə cəmi 190 milyon dollar həcmində pul baratları əldə edən Okeaniyanın kiçik ada ölkəsi Tonqa pul baratlarından ən çox asılı olan dövlətdir. Haiti respublikasının da əldə etdiyi 3.3 milyard dollarlıq pul baratları ölkənin məcmu ÜDM-in 34.3%-ini təşkil edir. Nepalda (8.6 milyard dollar) isə bu göstərici ÜDM-in 30%-i civarındadır. Pul baratlarından asılılığına görə ölkələrin siyahısı isə qeyd olunan ardıcıllıqdadır: Tacikistan (29.7%), Qırğızıstan (29.6%), Honduras (21.4%), El Salvador (20.8%), Komor adaları (19.3%), Samoa (18.4%), Fələstin (17.6%). Azərbaycan üçün isə sözügedən göstərici 3%-dən aşağı səviyyədədir.

2019-cu il ərzində ümumilikdə dünyada həyata keçirilən pul köçürmələrinin həcmi isə 706.6 milyard dolları ötüb. Bunun 550.5 milyard dollarlıq qismi aşağı və orta gəlirli ölkələrin payına düşür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.