Qiymətlərin artmasından dolayı “Centrica” və “Shell” milyardlarla gəlir əldə etdi

Böyük Britaniyada enerji şirkətlərinin yüksək qiymətlərdən dollayı (Ukrayna müharibəsinə görə) gəlirlərinə gəlir qatması insanların borclarını ödəyə bilməməsi fonunda müzakirələrə səbəb olub.

Good Morning Britain TV proqramına əsasən, rəsmilərin bildirdiklərinə görə, Böyük Britaniyanın Centrica, Shell kimi enerji şirkətlərinin gəlirlərinin artması insanların enerji borclarını ödəmələrinə çətinlik törədir.

Enerji qiymətləri insanların maaşlarından 23 dəfə daha sürətlə yüksəlib, belə şirkətlərin gəlirlərini aşağı salmaqla, maaşların və vergilərin artırılması təkliflər arasındadır. Məsələn, 20 ildir ki, enerji sektoru üzrə mütəxəssis deyib ki, əgər enerji şirkətlərinin mənfəəti atırsa, ona uyğun olaraq vergilər (windfall tax-red.) də artırılmalıdır. Belə ki, Britaniyanın təbii qaz şirkəti Centrica yarım ildə 1.34 milyard funt-sterlinq gəlir əldə edib, bu isə bir il öncəki rəqəmlər ilə müqayisədə 5 dəfə çoxdur, bir il öncəki rəqəm isə cəmi 262 milyon funt-sterlinq olub.

Tək bu il Shell (yanvar-iyun periodu) hər saniyədə 1200 funt-sterlinq qazanıb, yəni gəlirləri 1 ildə 2 dəfə artıb və 11.5 milyard dollar, yaxud 9 milyard funt-sterlinqə çatıb və rekord əldə edib.

Bəzi ekspertlər isə bu fikirdədirlər ki, Shelll 70 ölkədə fəaliyyət göstərən qlobal enerji koorporasiyasıdır, ona görə də onlardan qazandıqları əlavə gəlirə görə vergilərin artırılması doğru deyil. Mayda hökumət enerji şirkətlərindən əlavə vergilərin alınması ilə bağlı plan hazırlasa da, daha sonra Böyük Britaniyada rəsmilərin fikirləri növbəti Baş nazirin (Boris Consondan sonra) kim olması sualına fokuslandığı üçün gözardı edilmişdi.

Proqnozlara, əsasən bu payızda Böyük Britaniyada enerji qiymətləri rekord həddə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır