
Nyu-York Əmtəə Birjasında (NYMEX) mart ayı üzrə palladium fyuçerslərinin qiyməti 2,79% artaraq bir troya unsiyası üçün 2010,5 dollara yüksəlib. Bununla da palladiumun qiyməti 13 dekabr 2022-ci ildən bəri ilk dəfə 2000 dollar həddini keçib.
Qızıl və gümüş bazarında da artım tendensiyası davam edir. Artıq üçüncü gündür ki, bu qiymətli metallar ardıcıl olaraq tarixi rekordlarını yeniləyir. Belə ki, fevral ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 4550 dollar səviyyəsini ötüb. Mart ayı üzrə gümüş fyuçersləri isə rekord yeniləyərək 72,75 dollara yüksəlib.
Yanvar ayı üzrə platin fyuçerslərinin qiyməti də 3,34% artaraq bir troya unsiyası üçün 2363,8 dollar təşkil edib.
Məlumata görə, ayın əvvəlindən bu yana qızılın qiyməti təxminən 5% bahalaşıb. Eyni dövrdə digər qiymətli metalların dəyəri 22–24% artım göstərib.
Analitiklər qiymət artımının əsas səbəbləri sırasında davam edən geosiyasi gərginliyi, xüsusilə Rusiyanın Mərkəzi Bankına məxsus dondurulmuş aktivlərin müsadirə olunması ehtimalları ilə bağlı narahatlıqları göstərirlər.







