FED-in faiz endirimi optimizmi azaldığı üçün əvvəlki 2 seansda ucuzlaşan qızıl qiymətləri bu səhər məhdud artım nümayiş etdirdi.
BBN.az xəbər verir ki, mart ayında ABŞ-da FED-dən faiz endirimi gözləntilərinin azalması ABŞ istiqrazlarının faizini və dolları artırarkən, qızıl həftəyə enişlə başlayıb. Spot qızılın unsiya qiyməti dünən günü 0,7 azalmasına baxmayaraq,bu səhər 0,1 faiz artaraq təxmini 2027 dollara qalxdı.
Bloomberg Dollar Spot İndeksi 0,1 faiz azalarkən, gümüş, platin və palladium yüksəlişdə oldu.
ABŞ-da dünən açıqlanan ISM xidmət məlumatları son 4 ayın ən yüksək səviyyəsinə yüksəldi. Məlumatlar dollar və istiqraz gəlirlərini artıraraq qızıl qiymətlərinin artımına səbəb oldu..