

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” adlı yeni dövlət standartını təsdiqləyib.
BBN.az xəbər verir ki, bu barədə institutdan məlumat verilib.
Yeni standart qızıl və qızıl əsasında hazırlanmış ərintilərin kimyəvi tərkibini, markalanmasını və istehsalda tətbiq olunacaq texniki tələbləri müəyyənləşdirmək məqsədilə hazırlanıb.
AZSTAND bildirir ki, sənəd “Qiymətli metallar və qiymətli daşlar” sahəsində standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) konsensusu əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.