Home » Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları ötüb

Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları ötüb

by yunus
0 comments 0 views 1 minutes read

Qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 4000 dollar həddini keçib.

BBN.az xəbər verir ki, “Comex” birjasında 2025-ci ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara yüksəlib. Bu, qiymətli metal üçün yeni tarixi rekord sayılır.

Bununla belə, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər geriləyərək 3987,4 dollar səviyyəsində qərarlaşıb.

Daha əvvəl Bakı vaxtı ilə saat 18:36-da qızılın bir unsiyasının qiyməti 3980,2 dollara (+1,74%) çatmışdı.

Analitiklərin fikrincə, qızılın qiymətindəki bu artım qlobal iqtisadi qeyri-müəyyənlik və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqədardır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.