Home » Qlobal borc nədir və indi hansı səviyyədədir? – “World Economic Forum”

Qlobal borc nədir və indi hansı səviyyədədir? – “World Economic Forum”

by bbnadm
0 comments 5 views 1 minutes read

“Qlobal borca – dövlətlər, bizneslər, insanlar tərəfindən götürülən pullar daxildir. Bu pulların həcmi Covid-19-dan əvvəl yüksək səviyyədə idi. Lakin pandemiya isə onu yeni bir səviyyəyə çatdırıb. Dövlətlər insanlarının həyat və işlərini qorumaq üçün böyük həcmdə vəsaitlər xərclədi. Hazırda isə qlobal borc təhlükəli şəkildə yüksək səviyyədədir”.

BBN.az xəbər verir ki, bu haqda “World Economic Forum”un video məlumatında bildirilib.

“World Economic Forum”dan deyilib ki, “2021-ci ildə isə bu rəqəm rekorda 303 trilyon dollara çatıb, 2020-ci ildə isə 226 trilyon dollar idi. Bu isə II Dünya Müharibəsindən sonra ən böyük illik artımdır. Hazırda isə Ukrayna-Rusiya müharibəsi borc alınan pulun daha da çoxalmasına təkan verib. Əgər ölkələr defolt (default) elan edərlərsə, bu o deməkdir ki, ölkə aldığı borcları qaytara bilmir. Bu maliyyə bazarlarında təşvişə və iqtisadiyyatın zəifləməsinə gətirib çıxara bilər”.

Həmçinin ölkələr defolt elan ediblərsə, bu həm də iqtisadi tənəzzülün olacağı deməkdir: “Sağlamlıq, təhsil, rifah üçün daha az pulun ayrılması mənasına gəlir. Qeyri-mütənasib şəkildə kasıblara təsir edir. IMF və Dünya Bankı (World Bank) deyir ki, hazırda aşağı gəlirliliyi olan 60% ölkələr bu səviyyədədirlər, yaxud yaxındırlar. IMF-dən deyiblər ki, yüksək qlobal borclar ilə mübarizə aparmaq üçün qlobal əməkdaşlığa ehtiyac var. Defolt riskini azaltmaq üçün ölkələrə borclarını yenidən qurmağa kömək ola bilər”, – deyə video məlumatda bildirilib.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.