Home » Qlobal elektromobil bazarı 22 % artacaq

Qlobal elektromobil bazarı 22 % artacaq

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Qlobal elektromobil bazarı, hibridlər də daxil olmaqla (o cümlədən qoşula bilən, PHEV) 2024-cü ildə təxminən 22 % artacaq.

BBN.az xəbər verir ki, bu barədə “EY Global Mobility Consumer Index”in illik hesabatında deyilir.

Bildirilir ki, 2025-ci ildə 23 % artım gözlənilir. “GlobalData”ya görə, 2023-cü ildə 29,7 %, 2022-ci ildə isə 37 % artım olub.

Hibridlər nəzərə alınmadan dövriyyə 2023-cü ildə 32 %, 2022-ci ildə isə 65 % artıb. Cari ilin birinci yarısında 9,6 % artıb və 2024-cü ilin sonuna 15 %, 2025-ci ilin sonuna isə 28 % artım proqnozlaşdırılır.

Natural ifadədə tam elektrikli avtomobillərin (BEV) satışı bu il 2022-ci ildəki 7,4 milyon ədədə qarşı 11,2 milyon ədəd səviyyəsində gözlənilir.

Hesabata görə, elektromobillərə maraq yüksək olaraq qalır. BEV və ya hibrid almağı planlaşdıranların payı daxili yanma mühərrikli avtomobillə müqayisədə bu il 58 % təşkil edir ki, bu da ötən illə müqayisədə 55 % çoxdur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.