Home » “Qlobal iqtisadiyyat son on ilin ən gərgin dövrlərindən birini yaşayır”

“Qlobal iqtisadiyyat son on ilin ən gərgin dövrlərindən birini yaşayır”

by yunus
0 comments 2 views 1 minutes read

Allianz Trade: Qlobal iqtisadiyyat son on ilin ən çətin mərhələlərindən birini yaşayır

BBN.az xəbər verir ki, Allianz Trade şirkətinin 2026-cı ilin ilk Ölkə Risk Atlasına əsasən, 2025-ci ildə 36 ölkənin risk reytinqi yüksəldilib, 14 ölkənin risk göstəricisi isə aşağı salınıb.

Hesabatda bildirilir ki, qlobal ÜDM-in təxminən 94 faizini əhatə edən 83 ölkə üzrə iqtisadi vəziyyət, mövcud risklər və potensial imkanlar təhlil olunaraq üçüncü Ölkə Risk Atlası ictimaiyyətə təqdim edilib.

Şirkətin açıqlamasına görə, Atlas ilin hər rübündə baş verən ən son iqtisadi proseslər və Allianz Trade-in xüsusi məlumat bazası əsasında formalaşdırılan dinamik risk qiymətləndirmə modeli ilə mütəmadi olaraq yenilənir.

Sənəddə vurğulanır ki, 2025-ci ildə risk reytinqi yaxşılaşdırılan ölkələrin sayı reytinqi aşağı salınan ölkələrdən təxminən iki dəfə çox olub. Ümumilikdə isə qlobal ölkə riskləri üzrə mənzərənin müsbət istiqamətdə dəyişdiyi qeyd edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.