Home » QR kod ilə ödənişlər 3 trilyon dolları ötəcək

QR kod ilə ödənişlər 3 trilyon dolları ötəcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İngiltərə mərkəzli araşdırma şirkəti “Juniper Research” QR kod ilə ödənişlərin cari vəziyyəti və gələcək proyeksiyaları ilə bağlı hesabat paylaşıb. “QR Code Payments: Key Opportunities, Competitor Leaderboard & Marketing Forecasts 2022-2026” adlı hesabata əsasən, hal-hazırda 2.4 trilyon dollar həcmində olan QR kod ilə ödəniş tranzaksiyaları 2025-ci ilədək 25%-ə dək artaraq 3 trilyona dollara çatacaq.

Bu böyüməyə təsir göstərəcək əsas amillər kimi bir sıra qabaqcıl ölkələrdə maliyyə inklüzivliyinin artırılması və inkişaf etmiş regionlarda ənənəvi ödəniş metodlarına alternativ yolların yaradılması məqsədilə araşdırmaların intensivləşdirilməsi göstərilib.

“Juniper Research” araşdırmasında nüfuzlu ödəniş texnologiyaları şirkətlərinin də bir neçə factor üzrə renkinqini tərtib edib. Renkinqə Çin mərkəzli “Alipay” rəhbərlik edib. ABŞ mərkəzli “PayPal” ikinci yerdə qərarlaşıb. Üçüncü yeri digər bir Çin şirkəti “WeChat Pay” tutub. “Google Pay” və “Union Pay” isə müvafiq olaraq dördüncü və beşinci yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.