Home » Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıqla mübarizə mövzusunda tədbir keçirilib

Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıqla mübarizə mövzusunda tədbir keçirilib

by Aytac
0 comments 35 views 1 minutes read

16 may 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və “MasterCard Worldwide” beynəlxalq ödəniş sistemi tərəfindən rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıqla mübarizəyə dair bilik və bacarıqların artırılması məqsədilə tədbir keçirilmişdir.

ABA-nın nəzdində fəaliyyət göstərən “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” üzvlərinin də iştirak ilə baş tutan tədbir çərçivəsində fırıldaqçılıq əməliyyatlarının növləri, bu risklərin idarəedilməsi və qabaqcıl beynəlxalq təcrübə, fırıldaqçılıq əməliyyatları sahəsində müşahidə edilən son trendlər müzakirə olunmuşdur.

Bu təşəbbüs çərçivəsində bank sektorunun müvafiq əməkdaşlarının biliklərinin təkmilləşdirilməsi, eyni zamanda sektor daxilində əlaqələndirilmiş mübarizə imkanlarının artırılması hədəflənir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.