Home » “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik təqdim edilib

“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik təqdim edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

UNEC-in Maliyyə və maliyyə institutları kafedrasının təşkilatçılığı ilə 12 fevral 2021-ci il tarixində “Elektron bankçılığın tətbiqi və perspektivləri” mövzusunda vebinar keçirilmişdir.

Tədbirdə ilk olaraq Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin təqdimatını etmişdir.

Tədbirdə həmçinin BMT-nin Sülh səfiri, Avropa əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor  Əvəz Ələkbərov, İqtisad elmləri doktoru prof. Elnur Sadıxov, İqtisad elmləri doktoru Zöhrab İbrahimov,  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin məsul nümayəndəsi Əfqan Abbasov çıxış etmişlər.

Vebinar zamanı bankların elektron bankçılıq xidmətləri və rəqabətliliyin artırılması yollarına, bank müştərilərinin elektron xidmətər sahəsində maarifləndirilməsiməsələlərinin vacibliyinə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin innovativ məhsul və xidmətlərinə, habelə təqdim edilən yeni imkanlara toxunulmuşdur.

Sahibkarların da dəvət edildiyi görüşdə qeyd edilən mövzular ətrafında müzakirələr aparılaraq iştirakçıların sualları cavablandırılmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.