Home » Rəqəmsal rəqabət mühitində 2022-ci il trendləri

Rəqəmsal rəqabət mühitində 2022-ci il trendləri

by bbnadm
0 comment 1 views 2 minutes read

Son iki il ərzində, dünya iqtisadiyyatını “çalxalayan” koronavirus pandemiyası, iqlim dəyişikliyi, texnoloji tələbatın kəskin artımı və şirkətlərin fəaliyyətlərində volatilliklər rəqabət mühitində bir sıra radikal dəyişikliklərin sürətlənməsinə gətirib çıxarıb. Bununla da, rəqəmsal rəqabət mühitinə keçid baş tutub.

Kibertəhlükəsizlik və rəqəmsal tendensiyalara uyğunlaşma baxımından tənzimləyici qurumların da qarşısına bir sıra çağırışlar qoyan rəqəmsal rəqabət mühitinin trendlərinin 2022-ci ildə bir çox şirkətlərin bazarda dayanıqlılığının artırılmasında böyük rolu olacağı gözlənilir. Bəs bu trendlər hansılardır?

Məlumat Arxitekturası (Data Fabric) – rəqəmsal rəqabət mühitində ən dəyərli “xammal”ın məlumat bazasında yerləşdiyi artıq bir çox şəxsə məlum olsa da, bu məlumatlar bəzən bazada “köhnəlir” və istifadəyə yararsızlaşır. Bu səbəbdən, rəqəmsal data analitikası vasitəsilə  “meta” məlumatların istifadəsinin təşviqi artırılır.

Kibertəhlükəsizlik Şəbəkəsi (Cybersecurity Mesh) – Stanford mərkəzli “Gartner” şirkətinin araşdırmalarına əsasən, sözügedən şəbəkənin qurulması və mövcud sistemin adaptasiyasının yekunlaşdırılması ilə 2024-cü ilədək təhlükəsizlik məsələləri səbəbindən maliyyə zərəri 90% həcmində azaldıla bilər.

Bulud-İnformasiya Platfomaları (Cloud-Native) – Bulud əsaslı platformalar şirkətlər üçün məlumat bazası ilə yanaşı, rəqəmsallaşma yolunda bir sıra həllərin də həyata keçirilməsini təmin edir.  Məlumat üçün qeyd edək ki, 2021-ci ildə “Cloud-Native” sahəsinə çəkilən xərclər 18.4% artıb.

Hiperavtomatika (Hyperautomation) – “Gartner” şirkəti tərəfindən 2020-ci ildə yaradılan hiperavtomatika çoxlu sayda texnologiya və alətlərin tək platformada tənzimlənməsinə imkan yaradır.

Avtonom Sistemlər (Autonomic Systems) – Artıq bir çox sahələrdə insan əməyindən istifadə azaldığı kimi, rəqəmsal rəqabət mühitində də avtomatlaşdırılmış proseslərə üstünlük verilir. Bu səbəbdən, xüsusi alqoritmlərin icrasını təmin edən özünü idarə edə bilən avtonom sistemlərin növbəti illərdə də böyük rəğbət görməsi ehtimal edilir.

Son olaraq, rəqəmsal rəqabət mühitində yeni bir eraya başlanğıc kimi qəbul edilən “Metaverse” rəqəmsal kainatının da biznes mühitini böyük dəyişikliklərə gətirib çıxaracağı ehtimal edilir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.