Home » Rəqəmsallaşma banklara yarım trilyondan artıq əlavə gəlir gətirə bilər – PROQNOZ

Rəqəmsallaşma banklara yarım trilyondan artıq əlavə gəlir gətirə bilər – PROQNOZ

by bbnadm
0 comments 4 views 1 minutes read

Beynəlxalq konsaltinq şirkəti olan “Accenture” şirkətinin tərtib etdiyi ““The Future of Banking: It’s time for a change of perspective” adlı hesabatda bankçılıq sektorunda rəqəmsallaşmanın rolu və gələcək perspektivləri ilə bağlı proqnozlar öz yerini alıb.

11 fərqli ölkədə fəaliyyət göstərən ənənəvi və rəqəmsal olmaqla ümumilikdə 300-dən çox bank sektoru iştirakçılarının analizi nəticəsində tərtib edilən hesabata istinadən, 2018-2020-ci illər arasında rəqəmsal şəkildə “neobank” konsepsiyası altında fəaliyyət göstərən banklar 76%-lik artıma nail olsa da, ənənəvi formatda fəaliyyətinə davam edən banklar 44%-lik artım göstəricisinə nail olub.

Hesabat “Accenture” analitiklərinin proqnozlarını da özündə cəmləyib. Hesabata istinadən, 2020-ci ildə 2.062 trilyon dollar səviyyəsində qərarlaşan qlobal bankçılıq sektorunun həcmi 2025-ci ilədək 607 milyard dollar (5.3%) arta bilər. Digər tərəfdən isə, rəqəmsallaşmanın tətbiqinin sürətləndirildiyi təqdirdə, əlavə olaraq 518 milyard dollara (3.8%) qədər artıma da nail olunmasının mümkünlüyü proqnozlaşdırılıb.  

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.