Home » Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

Rabitəbank 2024-cü ilin 1-ci rübünün nəticələrinə əsasən bütün göstəricilər üzrə dinamik artıma nail olub. Belə ki, yanvar-mart ayları 4 milyon 313 min manat xalis mənfəətlə başa vurulub. Bank aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıraraq 1 milyard 80 milyon manata çatdırıb.

Hesabata əsasən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 13% artaraq 717 milyon 380 min manat təşkil edib. Belə ki, istehlak kreditləri 14% artaraq 245 milyon 847 min manat, biznes kreditləri portfeli 6% artaraq 329 milyon 761 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 35% artaraq 141 milyon 773 min manat olub.

2024-cü ilin 1-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın faiz gəlirləri 31% artaraq 26 milyon 680 min manat, qeyri-faiz gəlirləri isə 29% artataq 13 milyon 667 min manat təşkil edib.

2024-cü ilin 1-ci rübündə müştəri depozitləri 24% artaraq 679 milyon 434 min manata çatıb. Belə ki, fiziki şəxslərin depozitləri 39% artaraq 450 milyon 693 min manat, hüquqi şəxslərin depozitləri isə 2% artaraq 228 milyon 741 min manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 11% artaraq 115 milyon 796 min manat təşkil edib.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.