Rabitəbank hədiyyəli və güzəştli “Novruz” kampaniyasına start verir

Rabitəbank müştəriləri üçün qarşıdan gələn Novruz bayramı münasibətilə sərfəli bayram kampaniyaları keçirir. Bu dəfə ənənədən bir az kənara çıxaraq müştərilər öz bayram paylarını özləri seçəcəklər.


Bayramqabağı alış-veriş etmək, sevdiklərinə hədiyyə almaq, kiçikdən böyüyədək hər kəsi sevindirmək istəyənlər Rabitəbankdan nağd pul kreditini 2% endirimlə 16%-dən başlayan sərfəli şərtlərlə əldə edə biləcəklər. Kredit müddəti 36 ay, maksimal məbləğ isə 20 000 AZN olacaq. 



İkinci təklif isə komissiya və sığorta haqqı ödəmədən nağd pul krediti almaq istəyənlər üçündür. Bu təklifi seçən müştərilər fərdi məqsədlər üçün istehlak krediti əldə etdikdə kreditin komissiyası və sığorta haqqını Rabitəbank qarşılayacaq.



Bunlarla yanaşı “Bahar” və “Novruz” adlı müştəriləri də xüsusi sürpriz gözləyəcək. Kampaniya çərçivəsində adı “Bahar” və ya “Novruz” olan müştərilərə Kartmane Kredit kartı hədiyyə olunacaq!



Bayram günlərində ən çox balacaların üzü gülsün deyə Rabitəbank kampaniya müddəti çərçivəsində xeyriyyə aksiyası da keçirəcək. Bu müddət ərzində Kartmane Debet kartı alan müştərilərin ödədiyi xidmət haqqının bir qismi uşaq evlərinə “Novruz payı” göndərilməsi üçün ayrılacaq. 



Bu sərfəli təkliflərdən sizə ən uyğun olanından onlayn sifarişlə də faydalana bilərsiniz. Rabita Mobile tətbiqi, RabitaBot maliyyə çatbotu və rəsmi veb-saytı vasitəsilə banka gəlmədən, əlavə vaxt xərcləmədən nağd pul kreditini onlayn sifariş edə bilərsiniz: http://rbt.az/novruz-krediti  “Novruz” kampaniyaları barədə ətraflı məlumat əldə etmək istəsəniz, Bankın 133 Çağrı Mərkəzi xidmətinizdədir. 



“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır