Home » Rusiya Mərkəzi Bankının avqustun 15-dəki qərarından sora rublun son vəziyyəti

Rusiya Mərkəzi Bankının avqustun 15-dəki qərarından sora rublun son vəziyyəti

by ulviyya
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Avqustun 15-də Rusiya Mərkəzi Bankının növbədənkənar iclasından sonra milli pul vahidi rublun məzənnəsi dollara nəzərən 96-98 ətrafında dayanıb. Daha öncə isə 102 səviyyəsini keçmişdi. İclasda uçot faiz dərəcəsinin 8.5%-dən 12%-ə (artım 350 baza bəndi) yüksəldilməsi ilə bağlı qərar qəbul edilmişdir. 

BBN.az xəbər verir ki, Tradingeconomics.com yazır ki, Prezident Vladimir Putinin iqtisadi məsləhətçisi Maxim Oreshkin isə məzənnənin enməsi ilə bağlı olaraq ölkənin monetar siyasətini günahlandırırdı. Yuxarıda da qeyd etdiyimiz kimi Mərkəzi Bank avqustun 15-dəki qərarı ilə uçot faiz dərəcəsi 12%-ə yüksəldilmişdi ki, bu isə 2022-ci ilin aprelindən bu yana ən yüksək rəqəm idi. Burada məqsəd isə qiymət stabilliyi risklərini limitləmək ilə bağlı olmuşdu. 

Qeyd etmək yerinə düşər ki, rubl güclü təzyiq altındadır və 2023-cü ilin başlanmasından bu yana isə 33% dəyər itirib. Bura isə çoxsaylı faktorlar daxildir. Məsələn, beynəlxalq sanksiyalar, neft ixracından gəlirlərin azalması, məzənnə axınında balanssızlıq, Çin, Hindistan kimi əsas partnyorlardan tələbin azalması və s. daxildir. İşçi qüvvəsi böhranı isə Rusiyanın iqtisadi vəziyyəti üçün güclü təhlükələrdən biri kimi qiymətləndirilir. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.