Home » Rusiya neft hasilatını artıracaq

Rusiya neft hasilatını artıracaq

by bbnadm
0 comments 1 views 1 minutes read

Rusiya Federasiyası Baş Nazirinin müavini Aleksandr Novak ölkə iqtisadiyyatının cari və gələcək perspektivləri ilə bağlı Rossiya 24 telekanalına müsahibə verib. Müsahibəsində neft-qaz sektoruna da toxunan Novak Rusiyanın 2021-ci ilin sonuna planlaşdırılan neft hasilatının ötən ili sonu ilə müqayisədə 2.1% artıq olacağını vurğulayıb. Qaz hasilatının 10%, kömür hasilatının 9.5%, elektrik enerjisi istehsalının isə 6% artıq olacağını açıqlayıb.

İl sonuna təqribi 524 milyon ton neft hasilatı proqnozlaşdırıldığını açıqlayan Novak 2022-ci ildə hasilatın daha da artırılacağını bildirib. Dİgər tərəfdən neft qiymətlərinə toxunan Novak 2022-ci ildə neftin barel qiymətlərinin 75 dollar civarında dövr edəcəyini proqnozlaşdırdıqlarını açıqlayıb.

Məlumat üçün qeyd edək ki, 2021-ci ildə Rusiya Federasiyasının neft-qaz gəlirlərinin büdcədə 8.5 trilyon rubl (116.1 milyard dollar) olaraq qeyd olunması gözlənilir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.