Home » Rusiya “Nord Stream 1”dən Avropaya təbii qaz axınını bərpa etdi

Rusiya “Nord Stream 1”dən Avropaya təbii qaz axınını bərpa etdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İndi Avropa bir qədər rahat nəfəs ala bilər. Belə ki, Rusiya “Nord Stream 1” kəməri ilə Avropaya çatdırılan təbii qaz axınını iyulun 21-də yenidən bərpa edib. Ukrayna müharibəsinə görə, Rusiyaya qarşı müttəfiq olan Avropanın qorxusu bu ölkənin təbii qaz axınını tamamilə dayandırması idi. Belə bir nəticə isə Avropada enerji böhranına və Avrozonadakı ölkələrin iqtisadi tənəzzül ilə üzləşməsinə səbəb ola bilərdi.

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, bu kəmər ilə Avropaya ixrac edilən Rusiya qazının 35%-i çatdırılır, 10 gün ərzində isə rutin yenilənməyə görə dayandırılmışdı.

Belə bir qorxunun yaranmasına səbəb isə bir neçə həftə öncə Rusiyanın tankerlər ilə çatdırılan təbii qaza görə bir çox Avropa ölkələri və enerji şirkətlərindən ödənişi rubl ilə tələb etməsi olmuşdur, tələb qarşılanmayınca Rusiya isə çatdırılmanı dayandırmışdı. 

Almaniya hökumətinin sözçüsü CNN Business-ə deyib ki, Nord Stream 1-dən Almaniyaya təbii qaz axını 40%, öz əvvəlki həcmi ilə bərpa edilib. 

“İntercontinental Exchange”nin məlumatına, əsasən müharibənin başlamasından bu yana isə müqayisəli qiymətlər 70% bahalaşıb, daha sonra isə meqavat-saatına görə, 5% azalaraq 148 avroya çatıb (151 avro).

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.