Rusiya Federasiyası və Belarus Respublikası arasında iqtisadi sahədə tərəfdaşlıq müqaviləsi imzalanıb. 4 noyabr tarixində iki ölkə prezidentinin videokonfrans formatda görüşü zamanı imzalanan bu tərəfdaşlıq müqaviləsi bankçılıq, sənaye və kənd təsərrüfatı sahələrində ortaq layihələrinin təməlini qoyub.
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında imzalanan bu müqavilə ölkələrin iqtisadiyyatlarının inteqrasiyasını sürətləndirməklə yanaşı, Avropa Birliyi tərəfindən qoyulan sanksiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərini yüngülləşdirməyə yönəlib. Müqavilə bəndləri arasında ölkələrin ortaq təbii qaz bazarına yaradaraq Avropaya ixracın bir nöqtədən həyata keçirilməsi də yer alıb.
Məlumat üçün qeyd edək ki, tərəfdaşlıq çərçivəsində Rusiya və Belarusun 28 fərqli layihədə ortaq fəaliyyət göstərməsi planlaşdırılır.