1
Rusiyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 287 milyon 50 min dollar pul baratları göndərilib.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52.9% (320 milyon 855 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 607 milyon 905 min dollara bərabər olub.
Qeyd edək ki, 6 ayda Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 50.6% təşkil edib.