Home » Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişafı müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Palataları Federasiyasının sədri Hassan Moejeb Alhvaizinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

İnvestisiya əməkdaşlığının genişləndirilməsi və ikitərəfli ticarət dövriyyəsinin artırılması istiqamətlərində imkanların reallaşdırılması baxımından Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının səmərəli mexanizm olduğu vurğulanıb. Birgə fəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyəti qeyd edilib.

Tərəflər ikitərəfli investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanlarını müzakirə ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.