Home » “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” keçiriləcək

“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İlk dəfə olaraq “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” keçiriləcək.

22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və postpandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.

Sahibkar düşüncə tərzinin təşviqi, xüsusilə gənclər və qadınlar arasında sahibkarlıq fəaliyyətinə marağı artırılması, sosial sahibkarlıq sahəsində fəaliyyət göstərən və biznesə yeni başlayan gənclərin motivasiya edilməsi, mövcud sahibkarların pandemiya dövründə qarşılaşdıqları çətinliklərin müzakirə olunması forumun başlıca hədəfləri sırasındadır. Onlayn forum çərçivəsində mövcud pandemiya şəraitində fəaliyyətini davam etdirən sahibkarların uğur hekayələri paylaşılacaq, beynəlxalq spikerlər vasitəsilə xarici təcrübə öyrəniləcəkdir.

Onlayn foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamlarının qatılması gözlənilir.

“SA Consulting” MMC-nin təşkilatçılığı ilə keçiriləcək “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin tərəfdaşları “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər Mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” və “Avrasya Ekonomik İlişkiler Derneği”dir.

Forumda iştirak üçün son qeydiyyat tarixi 21 sentyabr saat 15:00-dır. Qeydiyyat üçün keçid- https://bit.ly/33e0toZ

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.