Home » Sahibkarların “yaşıl layihə”ləri güzəştli kredit mexanizmi ilə dəstəklənir

Sahibkarların “yaşıl layihə”ləri güzəştli kredit mexanizmi ilə dəstəklənir

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Dayanıqlı istehlak və istehsala nail olunmasında, eləcə də resurs və enerji səmərəliliyinin artırılmasında “yaşıl biznes”lərin əhəmiyyətli rolu var. Bu səbəbdən sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsi prioritetlərdən biridir. Belə layihələr Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə təmin edilir. Maliyyələşdirilmiş layihələr Davamlı İnkişaf Məqsədlərindən 12-ci Məqsədə xidmət edərək istehsal və istehlakın səmərəli modellərinə keçidi təmin edir. İndiyədək Fondun güzəştli kreditlərindən yararlanmış layihələr təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir. Beləliklə, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması, enerji səmərəliliyini artırılması və resursların effektiv istifadəsi istiqamətində səylər dəstəklənir.

Belə layihələrdən biri SİF tərəfindən 2 milyon manat güzəştli kreditlə təmin edilmiş “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin quşçuluğun inkişafı layihəsidir. Belə ki, güzəştli kreditlə təmin edilmiş quşçuluq təsərrüfatına yerləşdirilən günəş panelləri ay ərzində 510 meqavat enerjiyə qənaət edir. Bu qənaət müəssisənin aylıq enerji tələbatının 45%-dək hissəsinin günəş enerjisi ilə qarşılanması hesabına baş verir.

Beləliklə, regionda fəaliyyət göstərən sahibkarlıq subyekti enerji səmərəliliyini artırmaq, xərclərini azaltmaq və resursların effektiv istifadəsinə nail olmaqla dayanıqlı inkişaf hədəflərinin yerinə yetirilməsinə dəstək olur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.