Home » “Samsung” ABŞ-da yüzlərlə əməkdaşını işdən çıxarır – qərargah Texasa köçürülür

“Samsung” ABŞ-da yüzlərlə əməkdaşını işdən çıxarır – qərargah Texasa köçürülür

by yunus
0 comments 0 views 1 minutes read

Koreyanın texnologiya nəhəngi “Samsung” ABŞ-dakı istehlakçı elektronikası biznesində genişmiqyaslı yenidənqurma prosesinə başlayıb. Bu çərçivədə şirkət yüzlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır.

BBN.az xəbər verir ki, şirkət eyni zamanda ABŞ-dakı baş qərargahını Nyu-Cersi ştatından Texasa köçürmək qərarı qəbul edib.

Məlumata görə, ixtisarlar əsasən Samsung Electronics America (SEA) şirkətinin displey, smartfon və digər istehlakçı elektronikası bölmələrində çalışan əməkdaşları əhatə edəcək.

“Samsung” bildirib ki, qərargahın Texasa köçürülməsi texnologiya və süni intellekt ekosistemində komandalar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də şirkətin fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədi daşıyır.

Şirkətin bu addımı qlobal texnologiya sektorunda davam edən optimallaşdırma və əməliyyat xərclərinin azaldılması strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.