Home » “Shandong Port Group”un rəhbərliyi Bakı Limanına səfər edib

“Shandong Port Group”un rəhbərliyi Bakı Limanına səfər edib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu gün, dünyanın ən böyük liman operatorlarından biri olan Çinin Shandong vilayətində yerləşən “Shandong Port Group” və bu qrupa daxil olan bir sıra şirkətlərin rəhbəri Bakı Limanına səfər edib.

“Shandong Port Group”un Baş direktorunun müavini cənab Sun Zhengfun başçılıq etdiyi nümayəndə ilə liman rəhbərliyinin görüşü zamanı Orta Dəhlizdə Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub.

Qonaqlar Bakı Limanında infrastrukturu ilə yaxından tanış olub, onlarla yükaşırma qabiliyyətinin artırılması üçün əməliyyat və infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda qonaqlar Bakı Limanının genişləndirilməsi layihəsi ilə tanış olub, investisya imkanları barədə məlumat əldə ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.