Home » “SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötdü

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötdü

by anar
0 comments 2 views 1 minutes read

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb. Son beş ayda tətbiqin endirilməsi 1 milyondan çox artaraq bu göstəriciyə çatıb.

2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu müddətdə əhatə dairəsini xeyli genişləndirib. Hazırda yeni nəsil rəqəmsal imzanın tərəfdaşlarının sayı 70-ə yaxındır. Təkcə “digital.login” vahid giriş sistemi üzərindən 150-dən çox hökumət portalına “SİMA İmza” ilə giriş təmin edilib. Bundan başqa 40-a yaxın maliyyə qurumu (o cümlədən 10 bank) SİMA rəqəmsal imza vasitəsilə müxtəlif xidmətlərini rəqəmsallaşdırıb.

“SİMA İmza” tətbiqi yaradılandan sonra vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə “SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Tətbiq vətəndaşlar üçün ödənişsizdir.

SİMA rəqəmsal imza ölkənin rəqəmsal transformasiyasını sürətləndirir, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir. Belə ki, rəqəmsal imzanın imkanları vaxta və xərcə qənaət imkanı yaradır. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır.

“SİMA İmza” tətbiqində süni zəka və biometrik eyniləşdirmənin tətbiqi elektron imza sektorunda etibarlılıq amilini yüksək səviyyəyə çatdırır. Üztanıma texnologiyası sayəsində elektron imzalardan sui-istifadə hallarının qarşısı alınır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.