Home » “Skype” fəaliyyətini dayandırdı

“Skype” fəaliyyətini dayandırdı

by yunus
0 comments 0 views 1 minutes read

 “Microsoft” şirkəti 2000-ci illərin ortalarında internet rabitəsində inqilab yaradan məşhur “Skype” platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.

BBN.az xəbər verir ki,şirkət tərəfindən yayılan açıqlamada bildirilir ki, bu gündən etibarən “Skype” istifadəyə verilməyəcək. İstifadəçilər artıq öz hesab məlumatları ilə “Microsoft Teams” platformasının pulsuz versiyasına keçid edə biləcəklər.

Qeyd edək ki, “Skype” 2003-cü ildə Estoniyada yaradılıb və vaxtilə bahalı beynəlxalq zəngləri pulsuz təqdim etməklə sürətlə populyarlıq qazanmışdı. 2011-ci ildə “Microsoft” şirkəti platformanı 8,5 milyard dollar müqabilində satın alaraq tarixinin ən böyük alışını reallaşdırmışdı. Həmin dövrdə “Skype” bir sıra “Microsoft” məhsullarına, o cümlədən Office paketinə və Windows Phone əməliyyat sisteminə inteqrasiya olunmuşdu.

Microsoft 365 əməkdaşlıq proqramları və platformalarının prezidenti Jeff Teper mövzu ilə bağlı bunları söylədi:”Skype müasir ünsiyyətin formalaşmasında və saysız-hesabsız mənalı anların dəstəklənməsində böyük rol oynamışdır. Biz bu səyahətin bir hissəsi olmaqdan qürur duyuruq. Komandaların təklif etdiyi yeni imkanlar bizi həyəcanlandırır və insanların əlaqə saxlamasına kömək etməyə davam edəcək”.

Pandemiya dövründə bir qədər yenidən diqqət çəkən “Skype”, son illərdə “Zoom”, “Google Meet”, “Cisco Webex” və “WhatsApp” kimi rəqiblərlə rəqabət aparmaqda çətinlik çəkirdi. Mütəxəssislər qeyd edirlər ki, “Microsoft” son illərdə əsas diqqətini daha çox “Teams” platformasına yönəldərək, bu istiqamətdə ciddi investisiyalar həyata keçirib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.