Home » SOCAR yeni istiqrazlarına görə 16-cı dəfə faiz ödənişi edib

SOCAR yeni istiqrazlarına görə 16-cı dəfə faiz ödənişi edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində istiqrazlar üzrə 16-cı kupon faiz ödənişini həyata keçirib.

BBN.az “SOCAR Capital” MMC-yə istinadən xəbər verir ki, emissiya prospektinə əsasən, ödəniş qeyri-iş gününə düşdükdə, növbəti ilk iş günündə icra olunur.

Nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il müddətinə tədavülə buraxılıb. İllik gəlirlilik 4,5 %, faizlər isə rüblük ödənilir. Hər rüb istiqraz sahiblərinə 1,125 milyon ABŞ dolları ödənilir. Son ödənişlə birlikdə investorların ümumi qazancı 18 milyon ABŞ dollarına yüksəlib və müddətin sonunda bu rəqəmin 22,5 milyon dollara çatacağı gözlənilir.

Bu vaxta qədər SOCAR-ın yeni istiqrazları ilə təkrar bazarda ümumi dəyəri 82,3 milyon ABŞ dolları olan 1 523 əməliyyat həyata keçirilib. Hazırda bu qiymətli kağızlar Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqrazlar hesab olunur.

Ümumilikdə, SOCAR 2016-cı ildən bəri istiqraz sahiblərinə 49 milyon ABŞ dolları faiz ödənişi həyata keçirib.

İstiqrazlar 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki xüsusi köşklərdən, eləcə də ölkədə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə oluna bilər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.