Home » Sosial sığorta ödəmələri 10,9 faiz artıb

Sosial sığorta ödəmələri 10,9 faiz artıb

by Aytac
0 comments 1 views 1 minutes read

2024-cü il ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar 2023-cü illə müqayisədə 10,9 faiz və ya 566,5 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 13,7 faiz artaraq 3,8 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 13,7 faiz artaraq  208,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 faiz artıb və 156,9 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 8,6 faiz artaraq 1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 721,3 milyon manata çatıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.