Home » Sosial sığorta ödəmələri 11,6 faiz artıb

Sosial sığorta ödəmələri 11,6 faiz artıb

by anar
0 comments 1 views 1 minutes read

2025-ci ilin yanvar ayında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 443,4 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz və ya 46,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 321,0 milyon manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artaraq 16,0 milyon manata olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artıb və 13,0 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrüni nisbətə 10,2 faiz artaraq 79,3 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,1 faiz artıb və 61 milyon manata yaxın təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.