

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) dəyişməz saxlayıb.
BBN.az reytinq agentliyə istinadən xəbər verir ki, Azərbaycanın BICRA indeksi üzrə mövqeyi yenidən 8-ci pillədə qərarlaşıb. Sektor üzrə sənaye riskinin qiymətləndirilməsi “müsbət”, iqtisadi riskin qiymətləndirilməsi isə “stabil” səviyyədə qalıb.
Qeyd edək ki, BICRA (Banking Industry Country Risk Assessments) “S&P Global Ratings” agentliyinin bank sektoru üzrə ölkə risklərini ölçən indeksidir. Qiymətləndirmə 1-dən 10-a qədər aparılır, burada 1 ən aşağı, 10 isə ən yüksək risk səviyyəsini göstərir.
Xatırladaq ki, S&P 2023-cü ilin dekabrında Azərbaycanın bank sektoru üzrə risk səviyyəsini “9”dan “8”-ə endirmişdi. Bu ilin fevral ayında isə sənaye riski üzrə qiymətləndirməni “sabit”dən “müsbət”ə yüksəltmişdi.