Home » SPECA 2023 İqtisadi Forumu çərçivəsində növbəti sessiya keçirilib

SPECA 2023 İqtisadi Forumu çərçivəsində növbəti sessiya keçirilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum çərçivəsində səmərəli nəqliyyat əlaqələrinə həsr olunmuş sessiya keçirilib.

“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum çərçivəsində “Daha səmərəli Avrasiya nəqliyyat əlaqələri üçün nəqliyyat bağlantısı” mövzusunda sessiya keçirilib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın moderatorluğu ilə keçirilən tədbirdə Qazaxıstanın Sənaye və İnfrastruktur Nazirliyinin nümayəndəsi Sapar Bektaşov əsas məruzəçi qismində çıxış edərək ölkəsinin nəqliyyat-logistika əlaqələrinə böyük əhəmiyyət verdiyini, Orta Dəhliz üzrə yüklərin nəqlinin artırılmasının önəmini vurğulayıb. Sessiyada Avrasiya nəqliyyat dəhlizlərinə daha çox yük cəlbi, milli iqtisadiyyatları genişləndirmək məqsədilə beynəlxalq tranzit imkanlarının artırılması, nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri nəzərdən keçirilib. Həmçinin, tranzit-logistika əməliyyatlarının rəqabət qabiliyyətinin artırılması üçün mövcud maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Forum bu gün, yəni noyabrın 22-də növbəti sessiyalarla işini davam etdirəcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.