Home » “S&P” Türkiyənin kredit reytinqini təsdiqlədi, proqnoz “sabit” saxlanıldı

“S&P” Türkiyənin kredit reytinqini təsdiqlədi, proqnoz “sabit” saxlanıldı

by Zeyneb
0 comments 0 views 1 minutes read

BBN.az xəbər verir ki, “S&P Global Ratings” Türkiyənin kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiqləyib və reytinq üzrə proqnozu “sabit” olaraq saxlayıb.

Agentliyin yaydığı açıqlamaya əsasən, Türkiyənin həm xarici valyuta, həm də milli valyuta ilə ifadə olunan uzun və qısamüddətli kredit reytinqləri dəyişdirilməyib.

Qeyd olunub ki, “sabit” proqnoz Türkiyə iqtisadiyyatının davam edən enerji qiyməti şokunu idarə edə biləcəyi ilə bağlı gözləntiləri əks etdirir. Bu qiymətləndirmə səlahiyyətli qurumların sərt pul siyasətini və əməkhaqqı müəyyənləşdirmə siyasətini davam etdirəcəyi, eyni zamanda valyuta ehtiyatlarında əlavə azalmanın qarşısını ala biləcəyi ehtimalına əsaslanır.

Açıqlamada həmçinin Yaxın Şərqdə davam edən münaqişənin enerji bazarlarına təsirinə diqqət çəkilib. Bildirilib ki, münaqişənin səngiməsi və enerji qiymətlərinin aşağı düşməsi ehtimalı fonunda, Türkiyə iqtisadiyyatına təsirin məhdud səviyyədə qalacağı gözlənilir.

Mənbə: Banco.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.