Home » Şri Lankanın iqtisadiyyatı ilə bağlı pis vəziyyət sona çatıb?

Şri Lankanın iqtisadiyyatı ilə bağlı pis vəziyyət sona çatıb?

by ulviyya
0 rəy 9 baxış 1 dəqiqə oxuma

İlk baxışdan elə görünür ki, Şri Lanka-nın maliyyə paytaxtı Colombo-da hər şey yaxşıdır. Yollarda tıxac var, həyat canlanıb, ictimai yerlər və restoranlar yerli insanlar və turistlər ilə doludur, mağazalarda insanlar qaynayır.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, belə bir mənzərəni bir il öncə təssəvvür etmək olduqca çətin görünürdü.

Yanacaq almaq üçün pul yox idi, yollar boş idi və hətta ictimai nəqliyyatda belə hərəkət görünmürdü. Həmin zaman Şri Lanka pandemiya vəziyyətinə qayıtmışdı və insanlar onlayn işləyirdi və məktəblər də eyni qaydada. Ərzaq, dərman və insan həyatı üçün vacib olan digər nəsnələrin təchizatında isə qıtlıq var idi və bu isə iqtisadi vəziyyəti daha da pis edirdi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi bir ildən sonra isə ərzaq, yanacaq və tibbi vasitələr yenidən əlçatan olub, məktəb və zavodlar yenidən açılıb.

Bu kimi xoş xəbərlərə rəğmən ölkənin iqtisadiyyatı pis mövqedədir və bildirilir ki, Şri Lankanın ödəməli olduğu, həm yerli, həm də xarici 80 milyarddan çox borcu var. Ötən il isə ölkə tarixində ilk dəfə defolt elan etmişdi və borclarını ödəməkdə çətinlik çəkirdi. Bildirilir ki, enerjinin qiymətləri yüksəlib, artıq vacib tibbi dərmanlar insanlara pulsuz verilmir və s.  World Bank-dan bildirilib ki, belə bir vəziyyət uzun müddət davam edəcək.

2022-ci ildə isə təxminlərə əsasən 311.269 nəfər ölkəni tərk edib və bu isə ölkə tarixində ilk dəfədir ki, belə sayda miqrant axını müşahidə edilir.

Qeyd edək ki, təkcə ötən il International Monetary Fund (IMF) Şri Lanka hökuməti ilə 2.9 milyard dollar dəyərində kredit xətti ilə bağlı razılığa gəlmişdilər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.