Home » “Startup School 2”-nin 10 ən yaxşı layihəsi elan olunub

“Startup School 2”-nin 10 ən yaxşı layihəsi elan olunub

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 2-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin birinci mərhələsi yekunlaşıb. Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırılan layihənin onlayn təlim sessiyalarının bağlanış mərasimi keçirilib.

Mərasimə layihədə iştirak edən 41 komandadan nümayəndələr və onlara təlim keçmiş beynəlxalq ekspertlər qatılıblar. İştirakçılar “Startup School 2”də tədris olunan mövzuların gənc startapçıların gələcək fəaliyyətində oynayacağı roldan danışıblar.

Daha sonra 41 startap arasından seçilən 10 ən yaxşı layihənin adları elan olunub. Bu layihələrin seçilməsində başlıca meyar kimi tədris sessiyalarında göstərilmiş aktivlik və ekspertlərə göndərilən bir dəqiqəlik videotəqdimatlar əsas götürülüb.

Beləliklə, növbəti mərhələyə Naxçıvan Dövlət Universitetinin “System of ANN Modeling the Agro-feasibility”, Kanadanın Kalqari(Calgary) Universitetinin “WeApply”, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin “Terra Reimagined”, Lənkəran Dövlət Universitetinin “PlantGenic AI”, Bakı Biznes Universitetinin “EduLamp” və “Jackstation”, Azərbaycan Dövlət İqtisad Universitetinin “CulturaAI: Bridging Tradition and Technology for Cultural Enrichment”, Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd” və  “SOS.AZ” komandaları keçib.

Onlara “SABAH.HUB”-da layihə təqdimatına aid təlimlər keçiriləcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.