Home » Statistika təşkilatlarının idarə edilməsi üzrə regional tematik konfrans keçirilmişdir

Statistika təşkilatlarının idarə edilməsi üzrə regional tematik konfrans keçirilmişdir

by khayale
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2023-cü ilin 5-7 dekabr tarixlərində BMT-nin Statistika şöbəsi və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Qazaxıstanın Almatı şəhərində keçirilən BMT-nin Cənub-Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionu ölkələri üçün dəyişikliklər dövründə statistika təşkilatlarının idarə edilməsi üzrə regional tematik konfransında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və aparatın Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev iştirak etmişdir.

Konfrans regionda mövcud olan təcrübə və problemlərin nəzərdən keçirilməsi məqsədilə müvafiq regional və milli inkişaf planlarında 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlikdə müəyyən olunmuş göstəricilərin monitorinqi və rəsmi statistikanın istehsalına aid olan institusional, təşkilati və texniki proseslər sahəsində yeniliklərlə iştirakçıların tanış edilməsi və prioritetliyinin təyin edilməsi məqsədilə təşkil olunmuşdur. Üç sessiyadan ibarət konfransda rəqəmsal və texnoloji inqilab kontekstində statistik istehsal proseslərinin transformasiyasının dəstəklənməsi, milli statistika sistemlərinin institusional və təşkilati strukturlarının möhkəmləndirilməsi, statistik informasiyanın keyfiyyətinin təmin edilməsi, statistik təhlil və analitik sxemlərin yardımı ilə statistik məlumatların uyğunluğunun təkmilləşdirilməsi, adekvat ehtiyat və infrastrukturun səfərbər olunması və s. məsələlər müzakirə olunmuşdur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.