Home » Sumqayıtda respublika üzrə proqramlaşdırma müsabiqəsi keçirilib

Sumqayıtda respublika üzrə proqramlaşdırma müsabiqəsi keçirilib

by yunus
0 comments 1 views 1 minutes read

27 aprel 2025-ci il tarixində Sumqayıt şəhərində “Sumqayıt Cup” respublika üzrə proqramlaşdırma müsabiqəsi keçirilib. Tədbir, 2025-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq ICPC 2025 Dünya Finalına hazırlıq çərçivəsində reallaşdırılıb.

Müsabiqə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Sumqayıt İnnovasiya Mərkəzi, Sumqayıt Dövlət Universiteti və ICPC Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirə ölkənin müxtəlif bölgələrindən tələbə və şagirdlər qatılaraq, proqramlaşdırma sahəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin məqsədi, iştirakçılar arasında proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti yaratmaq və innovasiya yönümlü istedadları üzə çıxarmaq olub. Müsabiqə İKT sahəsinə olan marağı artırmaqla yanaşı, həmçinin, təhsil müəssisələri və müvafiq qurumlar arasında əməkdaşlıq imkanlarının genişlənməsinə də töhfə verib.

“Sumqayıt Cup” müsabiqəsinə hazırlıq ərəfəsində 07-22 aprel 2025-ci il tarixlərində xarici təlimçilərin cəlbi ilə distant proqramlaşdırma düşərgəsi təşkil edilib.

Müsabiqədə 5 ümumi təhsil müəssisəsi və 20 ali təhsil müəssisəsini təmsil edən, hər biri bir mentor və üç iştirakçıdan ibarət 25 komanda iştirak edib. Bu müsabiqə, gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirməsi üçün mühüm bir platforma olub və Azərbaycanın proqramlaşdırma sahəsində beynəlxalq arenada daha da irəliləməsinə xidmət edir.

Müsabiqənin sonunda ilk üç yerin qalibləri xüsusi mükafatlarla təltif olunublar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.