Home » Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

by yunus
0 comments 1 views 1 minutes read

ABŞ-ın çip istehsalçısı “Nvidia” xaricində istehsalçılarla əməkdaşlığı artırmaq strategiyası çərçivəsində süni intellekt şirkəti “OpenAI” yarımkeçirici startap Cerebras-in çipləri üzərində işləyən ilk süni intellekt modelini tətbiq etdi.

BBN.az xəbər verir ki, GPT-5.3-Codex-Spark adlanan bu model, kod yazmağı avtomatlaşdıran mövcud Codex proqram təminatının daha aşağı performanslı, lakin daha sürətli versiyasıdır.

Cümə axşamı satışa çıxarılması gözlənilən Spark versiyası proqram tərtibatçılarına müəyyən kod ardıcıllıqlarını yenidən nəzərdən keçirmək, testlər aparmaq kimi tapşırıqları qısa müddətdə yerinə yetirməyə imkan verir.

Ötən ay “OpenAI” süni intellekt modellərindən daha sürətli cavablar almaq üçün “Cerebras” aparatlarından istifadə məqsədilə 10 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.

Bu əməkdaşlıq uzun müddətdir bazarda dominant mövqeyə malik olan Nvidia-ya alternativ yaratmağa çalışan “Cerebras” üçün mühüm fürsət sayılır. “OpenAI” üçün isə bu addım artan hesablama tələblərini qarşılamaq məqsədilə təchizatçı şəbəkəsini genişləndirmə strategiyasının növbəti mərhələsidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.